KXCP qurultaya hazırlaşır
1 İyun 2015 18:24 SiyasətKXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Gədəbəy, Zərdab, Şabran, Beyləqan, Cəlilabad, Ağdam, Nəsimi və Ağdaş rayon şöbələrində keçirilən konfranslarla bağlı verilən məlumatlar dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. ("OLAYLAR" İA)