Deputatımız AŞ PA-nın Komitə iclasına qatılıb

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Fransaya səfər edib. Milli Məclisdən verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, irqçiliyin qarşısının alınması, silahlı münaqişələrdə qadınların qorunması, zorakılıqla mübarizə, valideyn hüquqlarında bərabərliyin təminatı, qadınların siyasi təmsilçiliyinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Sahibə Qafarova iclasda "Qadınlara qarşı zorakılıqla mübarizədə ən yaxşı təcrübələrin təşviqi" mövzusunda çıxış edəcək. Səfər iyunun 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00