Elmar Məmmədyarov: "ATӘT sәdrindәn xahiş etdim ki..."

"ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır". APA-nın mәlumatına görә, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib. Nazir xatırladıb ki, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağmünaqişәsinin hәlli ilә mәşğuldular: "Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00