Binəqədidə Respublika Günü qeyd edilib

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr edilmiş "Şərqin ilk parlamentli Demokratik Respublikası" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,
tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, eləcə də rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri və ictimai birliklərin rəhbərləri iştirak ediblər. Tədbirdən öncə 19 may 2015-ci il tarixində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsinin qurbanlarının və Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsi yad edildi. Daha sonra YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Respublika Gününün əhəmiyyətindən danışıb. Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00