AXC-nin 97-ci ildönümü İstanbulda qeyd edildi
29 May 2015 12:47 SiyasətMayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanıb. Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov AXC barədə iştirakçılara geniş məlumat verib. Digər çıxışçılar isə AXC-nin türk və müsəlman dünyasının tarixindəki müstəsna yerindən danışaraq, cumhuriyyətin Şərq tarixində xüsusi iz buraxdığını qeyd ediblər. Mərasim möhtəşəm konsert proqramı ilə başa çatıb. ("Olaylar"ın Türkiyə bürosu)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00