“AKP seçkilərdə qalib gəlmək şanslarını saxlayır”
Elxan Mehdiyev: “Gərgin mübarizə olacaq”
27 May 2015 16:47 SiyasətSülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev Türkiyədə keçiriləcək parlament seçkiləri barədə danışıb. Məsələ ilə əlaqədar "Olaylar"ın sualını cavablandıran E. Mehdiyev bildirib ki, AKP seçkilərdə əvvəlki kimi səslərin 49-50%-ni almaq gücündə deyil. Politoloqun sözlərinə görə, hakim partiyanın toplayacı səs faizələrinin 8-10%-ə qədər aşağı düşəcəyi gözlənilir: "Amma istənilən halda seçkilərdə qalib gəlmək şansını saxlayır. Burada əsas məsələ Ərdoğanın dövlətin idarəetmə sistemini prezident üsul-idarəsinə keçirmək planıdır. Əgər AKP seçkilərdə səslərin 50%-ə qədərini toplaya bilsə, bu plan baş tutacaq. AKP-nin seçkilərdə əsas rəqiblərindən biri HDP-dir. Əgər HDP (Xalq Demokratik Partiyası) seçkilərdə 10%-lik barajı keçsə, o zaman Türkiyənin prezident idarəçiliyinə keçməsi mümkün olmayacaq. HDP ilə yanaşı CHP və MHP də seçkilərə ciddi hazırlaşır, bu partiyalar Parlamentdəki mandat yerlərinin sayını artırmağa iddialıdırlar. Gərgin mübarizə olacaq". ("OLAYLAR İA")