AXCP-də daxili müharibə qızışır – Qarşılıqlı İttihamlar

AXCP sədrinin müşaviri Məmməd İbrahim partiyanın Nərimanov rayon təşkilatının təşkilati məsələlər şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlunun qurumdan azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. O, A. Tanrıverdioğlunun AXCP-dən xaric olunmasının səbəblərini təhrif etdiyini deyib: "Ağaşirin Tanrıverdioğlu məhz AXCP-nin nizamnaməsinə və siyasi əxlaq qaydalarına zidd fəaliyyətinə görə, partiyadan xaric olunub. O, "Feysbuk"da açdığı saxta profillər vasitəsilə AXCP-yə qarşı heç bir həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqla, partiya barədə yanlış rəy formaşdırmaqla məşğul olub". Məmməd İbrahim Ağaşirin Tanrıverdioğlunu satqınlıqda ittiham edib. O, A. Tanrıverdioğlunun partiyadan xaric olunan kimi Müsavata yaxın mətbuat orqanlarında AXCP-nin əleyhinə açıqlamalar verdiyini də sözlərinə əlavə edib. M. İbrahimdəm əvvəl isə AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da A. Tanrıverdioğlu barəsində sərt ittihamlar irəli sürüblər. Ağaşirin Tanrıverdioğlu isə, AXCP rəhbərliyini demokratik dəyərlərə zərbə vurmaqda suçlayıb. Xatırladaq ki, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələlər şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu partiyadan çıxarılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00