KXCP Qurultaya hazırlıq işlərini davam etdirir

KXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin 17 rayon şöbəsində keçirilən konfranslarla bağlı verilən məlumatlar dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçki orqanlarının tam formalaşdığı və KXCP qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP Neft Daşları, Qobustan, Elm, Astara, Lənkəran, Şuşa, Şirvan, İsmayıllı, Gəncə, Samux, Goranboy  rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. Yığıncaqda 28 May Respublika günü ilə əlaqədar Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət etmək qərarlaşdırılıb. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00