Türkdilli dövlətlərin lobbi fəaliyyətinin zamanı yetişib
Ramiz Əmirli: “Artıq birləşməli və düşməni yerində oturdacaq qədər hünərli olmağımızı göstərməliyik”
25 May 2015 17:29 SiyasətSon illər Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətində müşahidə edilən aktivləşmə, hər iki güc mərkəzinin ümumi hədəflər uğrunda mübarizəsi digər türkdilli dövlətlərin diaspor qurumlarını da hərəkətə gətirib. Sevindirici haldır ki, istər Azərbaycan, istər Türkiyə, istərsə də digər türkdilli dövlətlərin hər hansı bir problemi meydana çıxanda bütün türk toplum və qurumları, diaspor təşkilatları və cəmiyyətləri birgə bu prosesə reaksiya verir, vahid güc mərkəzi şəklində məsələyə münasibət bildirirlər. Bu müsbət tendensiya isə öz-özlüyündə birgə lobbi fəaliyyətlərinin təşkilini zəruri edir. Müsbət qiymətləndirilməli məqamlardan biri ondan ibarətdir ki, artıq dövlət səviyyəsində də bu prosesə dəstək nümayiş etdirilir. Müntəzəm olaraq Türkdilli Ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması və s. kimi halları buna missal göstərmək mümkündür. Müşahidə edilən müsbət situasiya Azərbaycan diaspor təşkilatları tərəfindən də məqbul qarşılanır.
Macarıstan - Azərbaycan "Qardaşlıq" Cəmiyyətinin sədri Ramiz Əmirlinin sözlərinə görə, gec də olsa artıq Türkdilli millətlərin dövlət xadimləri başa düsdülər ki, dünya miqyasında lobbi fəaliyyətimizi birləşdirməyin, birgə fəaliyyət göstərməyimizin zamani yetişib. Ramiz Əmirli deyir ki, Türklərin ayağı altında qalacaq qədər kiçik bir millət olan ermənilər 100 illər öncə başladıqları qondarma soyqırım oyunları ilə əməlli-başlı biz türklərin ürəyini bulandıra bilib: "Bir də ayıldıq ki, ətrafımızdakıların bir çoxları ermənilərin necə də "yazıq" biriləri olduqlarına inanmağa başlayıblar. Dövlət qurması üçün torpaq verdiyimiz, qucaq açıb torpaqlarımıza buraxdığımız, qonşu bildiymiz biriləri arxadan bizlər xaincəsinə zərbə vurdular. Ona görə də artıq birləşməliyik və düşməni yerində oturdacaq qədər hünərli olmağımızı göstərməliyik". Cəmiyyət sədri bildirib ki, bu istiqamətdə son zamanlar Avropa ölkələrində türk qardaşlarımizla birgə aparılan lobbi fəaliyyətləri təqdirəlayiqdir: "1999-cu ildən TIKA tərəfindən fəaliyyətə başlanmış, artıq 37 ölkədə 60 dənə Universitetlə iş birliyi layihəsi quran Yunus Əmrə Insitutunun fəaliyyəti bizləri çox sevindirir. Macarıstanda, Budapeşt şəhərində öz ofisində keçirdiyi son görüşlər macarların da diqqətini cəlb edə bilmişdir. Elə bu ayın 13-14-də Budapeştdə keçirilən "Soyqrım həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması" layihəsi çərçivəsində silsilə görüşlər keçirildi. Bu görüşlərə Macarıstanda Türk böyük elçisi cənab Şakir Fakili, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Ankaradan olan millət vəkili Seyit Sertçelik, Istanbul Universitetinin professoru Kutay Karaca, Macarıstanın ikinci ən böyük partiyasının sədri cənab Vona Qabor, bu ölkənin xarici siyasət idarəsində çalışan və ixtisasca azərbaycanşünas xanım Borbala Obrusanszki, Azərbaycan Dövlət Universitetinin dosenti, tarixçi Vasif Qafarov, qeyri-hökümət təşkilatının nümayəndəsi, Eldəniz Salmanov və digər çox saylı macar qonaqlar da iştirak edirdilər. Bu görüşdə qərara alındı ki, belə görüşlər müxtəlif Avropa ölkələrində mütəmadi olaraq keçirilsin. Bütün dünya anlamalıdır biz türklər heç bir millətə qarşı soyqrım həyata keçirməmişik. Azərbaycanın tarixi torpağı olan Qarabağı işğal edib və orada bütün türkdilli millətin təmizləmə əməliyyatını həyata keçirən ermənilərin iç üzünü bütün dünyanın tanıması lazımdır. Ermənilər Xocalıda həyata keçirdiyi soyqrıma görə cavab verməlidirlər. Bu iş üçün biz hamılıqla birləşməliyik və bütün qüvvələrimizi eləcə də iradəmizi ortaya qoymalıyıq. Bunu bacarmalıyıq. Rahatçılıq və düşməni lazımınca qiymətləndirməmək bəzən acı nəticələr verir ki, bu da göz önündədir". Ramiz Əmirli əmin olduğunu bildirib ki, birgə fəaliyyətimizin gözəl nəticələri olacaq: "Türkün-türkdən başqa dostu yoxdur, Amma onu da etiraf etmək lazımdır ki, dost dövlətlərimiz də çoxdur. Onları öz tərəfimizə çəkməyi bacarmalıyıq".
Macarıstan - Azərbaycan "Qardaşlıq" Cəmiyyətinin sədri bildirib ki, bu istiqamətdə hər hansı bir dövlət təşkilatları, cəmiyyətlərlə, ürəyi türkçülüklə döyünən şəxslərlə birgə fəaliyyət göstərməyə həmişə hazırdır.
Füzuli