İlham Əliyevin "Bu villa kimindir?" dediyi əmlakların sahibləri tapıldı

Bakıda yaşayış binasında baş verən yanğına həsr edilən müşavirədə ölkə başçısı İlham Əliyevin Səbail rayonu ərazisində olan və əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan "Dostluq" parkında qanunsuz villaların tikilməsinə dair bildirdiyi irad əlaqədar qurumları hərəkətə keçməyə vadar edib.Strateq.az-a verilən məlumata görə, dünən gecə saatlarında həmin əraziyə yaxın yerdə iki tanınmış şəxsə məxsus hasarlanmış ərazi sökülüb. Mənbəmizin verdiyi məlumatda bildirilir ki, sökülən hasarlardan biri Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub: "Həmin adamların əlində Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam olsa da, buna məhəl qoyulmayıb.  Arif Qaraşova məxsus ərazi bir hektara yaxın , Kamran Musayevin həyəti isə 12 sot olub".Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00