XİN xüsusi bəyanat göndərəcək

Nazir Riqa sammitində baş verənlərə aydınlıq gətirib

Azərbaycan Xarici İşlər Nazirliyi may ayının 25-də xüsusi bəyanat göndərəcək. Burada Azərbaycanın bu münaqişənin həllini necə gördüyü qeyd ediləcək. Bu barədə açıqlamanı bu gün xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, qeyd edib ki, bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq.

Nazir Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitində baş verənlərə aydınlıq gətirib. "Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Sonda razılıq əladə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə".

Onun sözlərinə görə, Azərbaycanın Aİ-nin demək olar bütün üzv ölkələri ilə sıx münasibətləri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00