Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək Rouz-Rout seminarında iştirak etməyəcək

Azərbaycan iyunun 18-20-də NATO Parlament Assambleyasının Ermənistanda keçiriləcək növbəti Rouz-Rout seminarında iştirak etməyəcək. Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, nə qədər ki Ermənistan işğalçı dövlət kimi pislənilməyib, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmayıb, Azərbaycan Ermənistandakı tədbirdə iştirak etməyəcək: "Bu barədə NATO Parlament Assambleyasının sədrinə bildirmişik. Dedik ki, belə seminarın işğalçı ölkədə keçirilməsi NATO PA-ya nüfuz gətirmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00