Avropa erməni faktorundan Türkiyəyə və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir

Əli Oruclu: “Qərb və ABŞ-ın Rusiya ilə qarşıdurması Cənubi Qafqazı sanki “soyuq müharibənin” region boyu uzanan cəbhə xəttinə çevirib”

Riqa sammiti ərəfəsində Ermənistan rəhbərliyi yenə öz ənənəsinə sadiq qalaraq Azərbaycanı Dağlıq Qarabağ probleminin həllinə mane olmaqda günahlandırıb. Dolayısıyla Azərbaycanın silahlanmasından və güclü ordu yaratmasından ehtiyatlandığını dilə gətirən işğalçı ölkənin prezidenti hətta Avropaya Azərbaycanı durdurmaq barədə çağırış da edib. Sammit ərəfəsində bir sıra Avropa liderləri ilə görüşlər keçirməyə nail olan Ermənistan prezidenti Serj Sərkisyan müəyyən mənada Avropada dayaqlarını artırmağa çalışıb. Bəs görəsən işğalçı ölkə rəhbərliyinin bu addımı nəyi dəyişəcək və Avropanın mövqeyi necə olacaq?

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu deyir ki, Ermənisatının marionette bir dövlət olduğu hamıya məlumdur. O da bəllidir ki, Ermənistanı Sarkisyan deyil, Sarkisyan qarışıq kənardan idarə edirlər: "Ona görə də Avropanın Ermənistan prezidentinin çağırışlarını nə qədər ciddiyə alıb-alnmayacağı yaxın vaxtlarda özünü göstərəcək. Lakin bu bir acı reallıqdır ki, istər Avropa olsun, istərsə də Rusiya Ermənistan və erməni faktorundan Türkiyəyə və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Ancaq təzyiq ediləcək dövlət varsa, o da elə Ermənistanın özüdür. Bu dövlət işğalçıdır, separatizmi və terrorçuluğu dəstəkləyir, cinayətkarlığa qucaq açır, regionda sülhə, təhlükəsizliyə və inkişafa təhdid yaradır. Təxribatçı və avantürist, kinə, milli ayrıseçkiliyə söykənən siyasət yürüdür. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları hesabına özlərinə oyuncaq dövlət quran ermənilər təkcə region üçün deyil, Avropanın özü üçün də təhlükə mənbəyidir". Əli Oruclu hesab edir ki, Azərbaycan regionda aparıcı mövqeyə sahibdir. Qonşu Gürcüstanın da hətta süverenliyinə və müstəqilliyinə qarant məhz Azərbaycandır: "Azərbaycanın dəstəyi və köməyi olmasa Gürcüstanın iqtisadiyyatı çoxdan çökmüşdü. İndi rəsmi Tiflis asılı və dərin böhran içində boğulan bir dövlətin paytaxtı idi. Eyni zamanda burada milli problemlərin və ədavətin Rusiya tərəfindən qızışdırılmasının qarşısı da məhz Bakının səyi nəticəsində alınır. Bunu gürcülərin özləri də etiraf edirlər. Ermənistana gəldikdə isə, təbii ki, Azərbaycan kimi güclü və regional oyunçu olan bir dövlətdən qorxmamaq mümkün deyil. Bu təbii instinqdir. Ermənistanın ağıllı, uzaqgörən və xalqını düşünən rəhbərləri olsa Azərbaycanla düşmən münasibət saxlamazlar. İşğal etdikləri əraziləri boşaldaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə özlərini də xilas etmiş olarlar. Onsuz da işğal altında qalan torpaqları Azərbaycan hansı yolla olursa olsun, ya hərbi, ya danışıqlarla-azad edəcək. Düşmənçilik erməni xalqını uçuruma aparır. Ermənilərin türkə düşmən münasibəti onların genlərindədir. Lakin anlamalıdırlar ki, düşmənçilik, nifrət və qisasçılıq hissləri ilə sivil dünyanın bir parçası olmaq mümkün deyil. Vəziyyət elə gətirib ki, onlar bizimlə, biz onlarla qonşuyuq və birgə yaşamağa məhkumuq. Qafqaza sülh və təhlükəsizliyi nə Avropa , nə də Rusiya gətirən deyil. Burada yaşayan xalqlar və millətlərin birgə səyləri nəticəsində buna layiq olmaq olar. Bu gerçəyi anlamadıqlarından məhz bu gün Ermənistan özünü təcrid vəziyyətə salıb, inkişafdan, böyük enerji və kommunikasiya layihələrindən kənarda saxlamaqla, bir çox şanslardan mərhum olub. Əvəzində nə qazanıblar? Qonşuları ilə düşmən və soyuq münasibət, xarici güclərin alətinə və oyuncağına çevriliblər, iqtisadiyyatları əcnəbilərdən asılı vəziyyətə düşüb, yaşayış təminatları dünyanın müxtəlif ölkələrindən gələn yardımların , ianə və sədəqələrin ümidinə qalıb. Ermənilərə kənar düşmən lazım deyil ki, zatən özləri özlərinə düşmən kəsiliblər".
AMİP rəsmisi Riqa sammitinin regiondakı duruma mümkün təsirlərindən də danışıb. Bildirib ki, regionda durum çox həssas və kritikdir: "Sanki barıt çəlləyidir. Buradakı vəziyyətin düzəlməsinin əsas yolunu yuxarıda daxili faktor olaraq dedim.  Lakin xarici faktoru da kiçiltməməliyik. Qərb və ABŞ-ın Rusiya ilə qarşıdurması Cənubi Qafqazı sanki bu "soyuq müharibənin" region boyu uzanan cəbhə xəttinə çevirib. Riqa sammiti Kremllə Brüssel arasında hər hansı razılığa gəlmə ehtimalını şübhəyə atdığından, bunu daha çox münasibətlərin aydınlaşdırılmasının növbəti raundu kimi qəbul edərdim. Bildiyiniz kimi Ermənistan "Şərq Tərəfdaşlığı" proqramından çıxdığını, hər hansı bir sənədə imza atmadığını bəyan edib. Azərbaycan da buna məsafəli yanaşır. Bu müəyyən qədər anlaşılmalıdır. Lakin rəsmi Bakı bilməlidir ki, ölkəmiz üçün ən böyük təhlükə ABŞ və Qərb deyil, məhz Rusiyadır. Rusiya təhlükəsindən qurtarmaq üçün yollar axtarmaq lazımdır. Şərq tərəfdaşlığından qaçmaq müdafiə və qorunmaq üçün yetəli deyil. Bu uzun müddətli və daimi ola bilməz. Amma ABŞ-in və Qərbin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələsinə baxışları Bakını onlardan da hürküdür. Çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Rusiya tərəfindən açıq-aşkar yaranacaq təhlükənin qarşısının alinmasında Bakının yanında olacaqları şübhə doğurur. Hətta. inanılmazdır. Əgər ABŞ və Qərb Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe göstərsələr və bu münaqişə həllini tapsa Azərbaycanı öz yanlarında tərəddüdsüz görə bilərlər. Əks halda bunu mümükün hesab etmək ağıla batmır. Hansısa təzyiq və davamlı basqılar əksinə Rusiyanın xeyrinə işləyir və Azərbaycanı sürətlə Moskvaya yaxınlaşdırır. Moskvaya da məhz bu lazımdır".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00