Böyük Britaniya kraliçası prezident İlham Əliyevə məktub göndərib
21 May 2015 16:11 SiyasətBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet prezident İlham Əliyevə 28 may - Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00