10 nəfər Müsavat rəhbərliyindən nazirliyə şikayət edir

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının 10 üzvü Ədliyyə Nazirliyinə müraciət hazırlayıb. Bu barədə məlumatı İnterpress.az-a partiyanın Sabunçu rayon təşkilatının sədrliyindən uzaqlaşdırılan Rövşən Dəmirli verib. Rövşən Dəmirlinin sözlərinə görə, müraciətdə son zamanlar partiya rəhbərliyinin qəbul etdiyi qərarların partiyanın nizamnaməsinə uyğunluğunun araşdırılması tələb edilir: "Nizamnaməyə nəzarət edən qurum kimi onlardan bu məsələyə münasibət tələb edəcəyik. Əgər obyektiv araşdırma aparsalar Nizamnamənin indiki rəhbərlik üçün kağız parçasından başqa bir şey olmadığını görəcəklər. Yəqin o vaxt qeydiyyat məsələsi də gündəmə gələcək". Müraciət partiyanın Suraxanı rayon təşkilatının Müsavatdan çıxarılan və hazırda fəaliyyətini davam etdirən ümumilikdə 10 nəfərin imzası ilə göndəriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00