Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli arasında telefon danışığı olub.  "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, xanım Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.
Telefon danışığında Tinatin Xidaşeli Azərbaycan-Gürcütan arasında hərbi sahədə əməkdaşlıqda əldə edilən nailiyyətlərin və razılaşmaların qüvvədə qalması və daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edib. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair qısa fikir mübadiləsi aparılıb.  Sonda Zakir Həsənov xanım Tinatin Xidaşeliyə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00