Fransada azərbaycanlıları bəyanat yayıb

Fransadakı Azərbaycan icması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini pisləyən bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, bəyanatda eyni zamanda Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında "dostluq və qardaşlıq xartiyası"nın imzalanmasına qarşı etiraz ifadə olunur. Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. İstər separatçı rejimin "prezidenti"nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə "dostluq və qardaşlıq xartiyası"na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycanla Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00