“Onlar Minsk Qrupundakı erməni havadarları adlandırılmalıdırlar”-Politoloq

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Fransada səfərdə olub. Bundan öncə isə Fransanın 3 deputatı Dağlıq Qarabağda keçirilən uydurma parlament seçkisini izləmək üçün ora səfər edib. Baş verənlərlə bağlı Fransanın ölkəmizdəki səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notada Fransanın bu hərəkətlərinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və münaqişəsinin həllinə xələl gətirdiyi vurğulanıb.
"OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev bildirib ki, əslində digər həmsədr ölkələr də Fransa kimi oxşar mövqe sərgiləyirlər: "Əgər nəzərə alsaq ki, separatçılara təkcə Fransa yox, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri də zaman-zaman açıq və gizli dəstək veriblər və verirlər də.  Hesab edirəm ki, onda onları öz adlarıyla çağırmaq lazımdır. Onlar Minsk Qrupunun həmsədrləri yox, Minsk Qrupundakı erməni havadarları adlandırılmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00