Belarus prezidenti Riqa sammitində iştirak etməyəcək
21 May 2015 09:08 SiyasətBelarus prezidenti Aleksandr Lukaşenko "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməyəcək.APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Mironçik bəyan edib.Onun sözlərinə görə, mayın 21-22-də keçiriləcək sammitdə Belarusu xarici işlər naziri Vladimir Makey təmsil edəcək. "Prezident Lukaşenkonun qərarı ilə Latviyanın paytaxtına V.Makey gedəcək", deyə D.Mironçik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00