“Müsavatın sonu gəlir” – Politoloq

"Filmlərin sonu olduğu kimi,Musavat Partiyasınında sonu gəlir". Müsavat Partiyasında baş verən parçalanma ilə əlaqədar "Olaylar"ın sualını cavablandıran Seymur Süleymanov belə deyib. "Müsavatda 5-10 nüfuzlu şəxs var idi. Onlar da sonda bu partiyanın yanlış mövqedə olduğunu görüb uzaqlaşdılar. Mən 5-10 nüfuzlu şəxs dedikdə onların düşüncələrini nəzərə almıram. Yəni Müsavatdakı nüfuzlarını nəzərə alıram və bunlar partiyadan çıxdılar. Beləcə Müsavatda çaxnaşmalar baş qaldırdı. Çox güman ki, baş verənlər partiyanı dağıdacaq" - deyə S.Süleymanov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00