Latviyanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Latviyanın Baş naziri xanım Laimdota Strauyuma  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Avropa ölkələrinin sabiq dövlət və hökumət rəhbərlərini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələr arasında vacib strateji əməkdaşlıq məsələləri, eləcə də mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi müzakirə edilib. Latviya Baş naziri ilə görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, bu ölkənin digər eks-prezidenti Valdis Zatlers, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk,  Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Yunanıstanın sabiq Baş naziri George Papandreou və Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko da xanım Laimdota Strauyuma  ilə görüşə qatılanlar arasında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00