Qubad İbadoğlundan Müsavat rəhbərliyinə sərt ittiham

“Partiyada qisasçılıq hissi genişlənib”

ADR Hərəkatının sədri Qubad İbadoğlu Müsavat Partiyasında baş verənlərə münasibət bildirib. Q.İbadoğlu qeyd edib ki, Ellada Məmmədlinin Müsavatdan çıxarılması onsuz da pis durumda olan partiyada rəhbərliyi mənimsəmiş şəxslərin digər naqisliklərini də üzə çıxartdı: "Nizamnamə pozuntusu ilə verilən bu qərarla təsdiq olundu ki, birincisi, partiya içində qısasçılıq hissi o qədər genişlənib ki, artıq yuxarıların göstərişi ilə aşağı səviyyəli idarəçilikdə də bu yanaşma əsas xətti təşkil etməyə başlayıb. İkincisi, bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil, həm də mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi. Partiyanın bu qərarı yalnız prinsipial mövqeyi və yetkin siyasi təcrübələri ilə başqalarından fərqlənən, bizimlə bərabər on illərlə ağır yükü zərif çiynlərinə götürən müsavatçı ana və bacılarımıza deyil, cəmiyyətdə sayı az olan siyasətçi xanımlara münasibətdə hörmətsilik nümunəsi kimi tarixdə qalacaq. Bununla, hazırkı Müsavat Partiyası bir daha klassik müsavatçılıq ideologiyasından çox uzaqlaşdığını nümayiş etdirdi". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00