“Müsavat rəhbərliyi qisasçılıq duyğusu ilə qərarlar verir” – Vurğun Əyyub

ADR Hərəkatı sədrinin müavini Vurğun Əyyub Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan uzaqlaşdırılmasına münasibət bildirib. "Deyəndə ki, Müsavatın indiki rəhbərliyi Nizamnamə əsasında yox, qisasçılıq duyğusu ilə qərar verir, inkara qalxışırlar. Deyəndə ki, bu rəhbərlik qeyri-legitimdir, qərarları da qeyri-legitim olacaq, qara-qışqırıq salırlar. Deyəndə ki, bu rəhbərlik güclü şəxsiyyətləri olan, çoxsaylı bir partiyanın deyil, onların qərarlarına "bəli" deyən bir qrupun varlığında maraqlıdır, bizi satılmış adlandırır, hakimiyyətlə işbirliyində günahlandırırlar! Ellada Məmmədlinin bu qədər əsassız ittihamlarla, kobud Nizamnamə pozuntusu ilə partiya üzvülüyündən uzaqlaşdırılması dediklərimizin, verdiyimiz qiymətin doğru olduğunu bir daha isbatladı". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00