Arifə Hüseynli: “Müsavat rəhbərliyinin bu qərarı gözlənilən idi”

ADR Hərəkatı Ali Məclisinin katibi, keçmiş müsavatçı Arifə Hüseynli Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan uzaqlaşdırılmasına münasibət bildirib. A.Hüseynli Müsavat rəhbərliyinin bu rərarının gözlənilən olduğunu deyib: "Amma bu variantda gözlənilən deyildi. Ellada xanım mayın 18-də Divana çağırılmışdı. Adətən Divana çağırılan şəxslər Divanın qərarı ilə partiyadan çıxarılır. Amma mayın 17-də Xətai rayon təşkilatı Şura iclası keçirərək qərar verib, Ellada xanımı Partiya sıralarından xaric ediblər. Maraqlı olan odur ki, Şura iclası barədə Ellada xanıma xəbər verilməyib. Ellada xanım mayın 18-də Divanın iclasına çağırıldığını və iclasa qatılacağını bildirmişdi. Bu tələsgənlik nədən yarandı? Ellada xanım Şura iclası barədə niyə məlumatlandırılmayıb, iclasa çağırılmayıb, kimi suallar açıq qalıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00