Gürcüstanın Baş naziri Avropa Oyunlarının açılışında iştirak edəcək
18 May 2015 17:15 SiyasətGürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək. Bu barədə Trend "Qruziya-Onlayn"a istinadən məlumat verir. İ.Qaribaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidə yeni ofisinin açılışında bəyan edib ki, Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır: "Bu, Acarıstan üçün vacib investisiyadır. SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür etmək istəyirəm. Yeni ofisin açılışı münasibətilə Acarıstan hökumətini də təbrik edirəm. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır və biz bu investisiyaları alqışlayırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00