AntiAzərbaycan qüvvələrin cəhdləri öz başlarında çatlayacaq
Eldar İbrahimov: “Heç bir şantaj, təhdid, təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz”
18 May 2015 16:22 SiyasətBirinci Avropa Oyunlarının keçirilmə vaxtı daraldıqca bunu gözü götürməyən qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir. Demək olar ki, ölkəmizin beynəlxalq imicinin artmasından əndişələnən antiAzərbaycan qüvvələr var gücü ilə hücuma keçib. Siyasi, iqtisadi, psixoloji təsir imkanlarını səfərbər edən bu qüvvələr daxili satqınları də bu prosesə cəlb etməkdən çəkinmirlər. Lakin edilən bütün cəhdlərin, atılan bütün addımların səmərəsiz olacağı bu qüvvələrin özlərinə də gün kimi aydındır. Elə isə, möhtəşəm idman bayramı ərəfəsində xoşagəlməz addımların atılmasına rəvac verən qüvvələr hansı məqsəd güdürlər?
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan günü-gündən inkişaf edir və sözün əsl mənasında müstəqil beynəlxalq siyasət yürüdür. Bu müstəqillik Azərbaycanın həm iqtisadi, həm də siyasi həyatında tam özünü göstərir. Onun sözlərinə görə, iqtisadiyyatımız xarici təsirlərdən asıllı deyil, işsizlik azalır, əhalinin yaşam səviyyəsi yüksəlir, ölkədə siyasi sabitlik ilbəil möhkəmlənir: " Amma, özlərini dünyanın ən qabaqcıl adlandıran ölkələr borc içində boğulur, işsizlik günü- gündən çoxalır, həyat səviyyəsi aşağı düşür və sözün əsl mənasında iqtisadi böhran yaşayırlar. Bu ölkələr dünyaya demokratiya və insan haqlarından yol göstərmək, dərs vermək istədikləri halda öz ölkələrinin siyasi arenalarında əsl diktatura, irqçilik, ksenefobiya hökm sürür, vətəndaşlarına irqi-milli mənsubiyyətlərinə görə təzyiqlər, hətta, öz narazılıqlarını bildirmək istəyənlərə qarşı fiziki təzyiqlər və həbslər genişlənməkdədir. Təbii haldır ki, belə ölkələrin bəzi nümayəndələrində dinamik inkişaf edən, qısa bir zamanda böyük məsuliyyət tələb olunan Avropa Oyunlarının keirilməsinə yüksək hazırlaşmış ərazicə kiçik, potensialına görə çox böyük olan Azərbaycana qarşı qısqanclıq olmalıdır. Onlar bunu heç cür həzm edə bilmirlər və bilməzlər. Bir neçə gün öncə Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış "dinləmələr" də bunu sübut edir. Öz ölkələrinin həbsxanalarında siyasi məhbusların əlindən yer qalmayan Avropa Parlamentinin nümayəndələri ölkəmizdə müəyyən cinayət əməllərinə görə həbs olunmuş məhkumları azadlığa buraxmağı tələb edirlər. Onlar birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz, ölkəmiz müstəqildir və hamı buna hörmətlə yanaşmalıdır. Avropa Oyunlarının keçirilməsi də Azərbaycan üçün tarixi, əlamətdar bir hadisədir və hər bir ölkə vətandaşı da böyük intizarla 12 iyunu gözləyir.Həm də qeyd etmək istəyirəm ki, Avropa Oyunları məşəli alovunun işığı Azərbaycanı istəməyən qüvvələrinin gözlərini kor edəcək. Azərbaycan nəinki Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, həm də bundan sonra gələn İslam Həmrəylik Oyunları və başqa bir çox beynəlxalq tədbirləri də yüksək səviyyədə keçirəcək. Ölkəmiz buna tam qadirdir. Çünk Azərbaycanın yüksək iradəli , ölkənin gələcəyini düşünən və xalqın sevimlisi olan lideri var".
Millət vəkili, MM-in aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Avropa Oyunlarının ilk olaraq məhz Azərbaycanda keçirilməsi ölkəmiz, xalqımız üçün böyük uğurdur, tarixi hadisədir. Bu oyunların Azərbaycana salınması həm də ölkəmizin dünyada, xüsusilə, Avropada yerinin, rolunun, çəkisinin, nüfuzunun göstəricisi, bariz nümunəsi, etirafıdır. Komitə sədri qeyd edib ki, digər inkişaf etmiş, qabaqcıl, dövlətçilik ənənələrini daha qədim olan Avropa ölkələrinin əvəzində ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi eyni zamanda onun sübutudur ki, Azərbaycan həqiqətən nəinki regionun, hətta, Qərbin, Avropanın, dünyanın lider dövlətlərindəndir, dinamik, sıçrayışlı inkişaf yolu ilə addımlayan, böyük zəfərlərə imza atan bir ölkədir: "Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf, tərəqqi, təhlükəsizlik mövcud olmasaydı, Avropa tərəfindən belə bir idman yarışmasının Azərbaycanda keçirilməsinə heç cür razılıq verilməzdi. Artıq avropadalılar fərqindədirlər ki, Azərbaycan güclu inkişaf, tərəqqi yolundadır, bu ölkədə demokratik, hüquqi əsaslara söykənən ictimai-siyasi sabitlik var, bu ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Odur ki, məhz bu səbəblərdən Avropa ailəsi, böyük təsir və nüfuz sahibi olan Avropa dövlətləri, o cümlədən, Avropa Olimpiya Komitəsi belə bir nəhəng, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsinə qərar verdilər. Onu da fəxr və qürur hissi ilə demək lazımdır ki, məhz Azərbaycan cəmi iki il yarıma bu oyunlara belə yüksək səviyyədə hazır ola bilərdi. Ötən müddət ərzində oyunlara hazırlıqla bağlı Azərbaycanda möhtəşəm işlər görülüb. Halbuki, bir sıra ekspertlər, təşkilatlar hesab edirdilər ki, qısa zaman kəsiyində bu cür oyunlara hazırlaşmaq mümkün deyil. AncaqAzərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Birinci Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirilir. Azərbaycan Avropa Oyunlarına tam hazırdır. Dünya bir daha şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər". E. İbrahimov onu da vurğulayıb ki, ilk Avropa Oyunlarının Azərbaycana salınması bəzi xarici və daxili qüvvələrin ürəyincə deyil: "Həmin qüvvələr böyük təlaş, həyacan, qüssə-kədər içindədirlər. Onlar heç cür həzm edə bilmirlər ki, məhz Azərbaycan belə bir idman yarışmasına ev sahibliyi edir. Ona görə də neçə müddətdir yenidən antiAzərbaycan kampaniyasına strat veriblər, bu oyunların baş tutmaması üçün hər cür alçaq addımlara gedirlər. Elə bu günlərdə Avropa Parlamentdə Avropa Oyunları ilə məlum "dinləmələr"in keçirilməsi də buna əyani sübutdur. Düzdür, həmin "dinləmələr"i təşkil edənlər bunu Avroparlamentin adından sırımaq istəyirlər, amma ora qatılanların sayı və tərkibi göstərir ki, bu, Avroparlamentin adından olan bir təbdir sayıla bilməz. Onlar-Avropatrlamentdəki antiAzərbaycan qüvvələr əslində bir daha bununla Azərbaycana qarşı münasibətlərini ortaya qoymuş, daim örtməyə, gizlətməyə, pərdələməyə çalışdıqları simalarını, mahiyyətlətini açıb göstərmiş oldular. Onların bu addımı Azərbaycanın inkişafını, müstəqil dövlət olmasını, heç kimin diktəsi ilə hərəkət etməməsini və müstəqil siyasət yeritməsini qəbul edə bilməməklə bağlıdır. Həmin dairələr görün, hətta, nə günə qalıblar ki, vətən, dövlət xaini Ələkrəm Hümmətov kimi insanların sözünə möhtac durumdadırlar. Onu öz "tədbirlər"inə dəvət etməklə, ic üzlərini bir daha açmış olublar. Axı görəsən, onlar anlamırlarmı ki, Ələkrəm Hümmətov və onun kimi vətən, dövlət xainləri heç zaman Azərbaycan xalqı və dövləti adından danışa, onu təmsil edə bilməzlər... Çünki onlara-Ələkrəm Hümmətov kimi satqınlara, erməni muzdurlarına, damarlarında azərbaycanlı qanı axmayan birilərinə və birisinə Azərbaycan xalqı arasında heç zaman yer olmayıb və bundan sonra da ola bilməz. Onlar hər zaman Azərbaycan xalqı tərəfindən nifrətlə anılıblar və anılacaqlar... Ancaq kimi dəvət edirlər-etsinlər, hansı "dinləmələr"i keçirirlər-keçirsinlər, hansı qərarları qəbul edirlər-etsinlər, heç bir əhəmiyyəıti və xeyri yoxdur. Həmin antiAzərbaycan qüvvələrin cəhdləri hər zaman olduğu kimi, bundan sonra da baş tutmayacaq, alınmayacaq, onların məkrli niyyətləri növbəti dəfə öz başlarında çatlayacaq. Çünki Azərbaycan dünyada imzasını imzalar içinə atmış bir ölkədir. Azərbaycan dünyanın söz və nüfuz sahibi olan ölkələrindədir. Heç bir şantaj, təhdid, təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz və bilməyəcək. Azərbaycan "Eurovision-2012" mahnı yarışması kimi, ilk Avropa Oyunlarına da uğurlu evsahibliyi edəcək və bununla dostlarını bir daha sevindirəcək, düşmənlərini, bədxahlarını isə bir daha xəyal qırığlığına uğradacaq, məyus edəcək".
Alim