Prezident İlham Əliyev və xanımı UNESCO-nun çap etdirdiyi “Fərqliliklə razılaşaq” kitabının təqdimatında iştirak ediblər

Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş "Fərqliliklə razılaşaq" kitabının təqdimatı oldu. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər. UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış etdi. Sonra baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi. Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar. Sonda xatirə şəkli çəkdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00