“Müsavat başqanı partiyasında dialoqa nail ola bilmir”

Əlabbas Məhərrəmov: “O, hakimiyyətlə necə dialoqa getsin?”

Ölkədə çox vacib, təqdir olunası bir toplantı baş tutdu. Bu ölkə iqtidarı ilə müxalifət arasında keçirilən növbəti dialoqdur". Belə bir açıqlama ilə çıxış edən müstəqil ekspert Əlabbas Məhərrəmov "OLAYLAR"-a bildirib ki, ölkədə fəaliyyət göstərən partiyaların çoxu dialoqda istirak edib: "Amma həmişəki kimi kurslarına sadiq qalan, özlərini müxalifətin anası adlandıran Müsavat-AXCP bu görüşə qatılmadı. Səbəb kimi də ölkədə çoxlu problemlərin olduğunu əsas gətirdilər. Hətta şərt də irəli sürdülər. Əgər ölkədə problemin olduğunu düşünürsənsə səni dialoqa dəvət edirlər. Get üzbəüz otur, müzakirə et. Yoxsa bəhanə gətirərək dialoqu gözdən salmağa lüzum yoxdur". Ekspert deyib ki, Müsavat başqanı partiyasında dialoqa nail ola bilmir: "O, hakimiyyətlə necə dialoqa getsin? AXCP-ni isə başa düşürəm. Çünki şəhərin mərkəzində, insanların içində, mətbuatın qarşısında dialoqa oyrənməyib.  Ona görə də iştirak edə bilmədilər. Düşünürəm ki, hakimiyyətlə siyasi partiyalar arasında keçirilmiş növbəti görüş, aparılan müzakirələr, gəlinən nəticələr ölkənin ümumi maraqlarına uyğun olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00