İş adamlarının həbsindən danışdı

PA rəsmisi: "İş adamları müəyyən əməllər üzrə ittiham olunurlar"

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bir qrup iş adamının saxlanılmasına və həbsinə münasibət bildirib.ANS PRESS-in məlumatına görə, o deyib ki, iş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox.Ə.Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb: "Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00