İlham Əliyevdən dəvət

Dövlət başçısı Şimali Qafqaz xalqlarının müftilərini I Avropa Oyunlarına dəvət edib

Prezident İlham Əliyev Şimali Qafqaz xalqlarının müftilərini I Avropa Oyunlarına dəvət edib.Bunu İnquşetiyadan səfərdən qayıdarkən, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ANS-ə müsahibəsində söyləyib .Hacı Allahşükür Paşazadə müsahibəsində bildirib ki, o prezidentin adından bütün Şimali Qafqaz xalqlarının müftilərini Bakıda keçiriləcək I Avropa Oyunlarına dəvət edib. Şeyxin sözlərinə görə, müftilər bu dəvətdən məmnun olublar və mütləq Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələcəklər.Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-dən başlayıb 28- nə kimi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00