“Vatikanın yürütdüyü siyasət Azərbaycan üçün potensial riskləri artırır” - Analitik

"Real" Hərəkatı İdarə Heyətinin üzvü, siyasi analitik Erkin Qədirli Vatikanın Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşdığına münasibətini açıqlayıb. E.Qədirli Vatikanın bu addımının bir neçə izahının olduğunu deyib: "Bunun izahını iki məsələdə görürəm: 1. Avropada, xüsusilə üç böyük katolik ölkədə (Fransa, İspaniya, İtaliya) müsəlmanların sayının durmadan artması (miqrantlar və demoqrafik böhran); 2. Yaxın Şərqdə xristianların sayının getdikcə azalması (demoqrafik böhran, toqquşmalar və s.) Fələstin dövlətini tanımaqla Vatikan, bir tərəfdən Avropa müsəlmanlarının Katolik Kilsəyə münasibətini yumşaltmaq, başqa bir tərəfdənsə, Yaxın Şərqdə xristianlar üçün müqəddəs sayılan yerləri qorumaq istəyir. "Erməni soyqırımı"nı da bu məqsədlə tanıdı, çünki Erməni Kilsəsi Yaxın Şərqdə ən mütəşəkkil dini qurumdur. İsraillə münasibətlərin korlana biləcəyi Vatikanı narahat etmir. Onsuz da Vatikan tarixən Yəhudiləri İsa Peyğəmbərin edamında günahlandırırdı. Bunun üzərinə İranın ABŞ-la sürətlə yaxınlaşmasını da gəlsək, ölkəmiz üçün potensial risklərin artmasını da görürəm". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00