İlham Əliyev birincidir
HDİM 61 rayon üzrə keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb
14 May 2015 14:23 SiyasətHüquqi və Demokratik İslahatlar Mərkəzi respublikanın 61 rayon və şəhəri üzrə keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb. 2015-ci aprelin 14-dən mayın 12-nə qədər 2644 respondent arasında keçirilən sorğuda iştirak edənlərin 54,9 faizini kişi, 45,1 faizini isə qadınlar təşkil edib. Sorğunun keçirilməsində məqsəd indiki parlament üzvlərinin fəaliyyətini qiymətləndirmək, bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə əhalinin münasibətini, ölkədəki sosial-iqtisadi vəziyyəti, siyasi partiyaların reytinqini müəyyən etmək, xalq siyasi liderlərin hökumətin fəaliyyətinə münasibəti öyrənmək olub.
Sorğunun nəticələri aşağıdakı kimidir:
1. İndiki parlament üzvlərinin fəaliyyəti sizi qane edirmi?
a) bəli - 61,6 faiz;
b) xeyr - 29,2 faiz;
v) cavab verməyə çətinlik çəkirəm - 9,2 faiz.
2. Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin azad və demokratik keçiriləcəyinə inanırsınızmı?
a) bəli - 77,8 faiz;
b) xeyr - 9,7 faiz;
v) cavab verməyə çətinlik çəkirəm - 12,5 faiz.
3. Seçkilərdə səsvermədə iştirak edəcəksinizmi?
a) bəli - 73,6 faiz;
b) xeyr - 14,5 faiz;
v) cavab verməyə çətinlik çəkirəm - 11,9 faiz.
4. Siyasi partiyalardan hansılarının şansını daha çox qiymətləndirirsiniz?
1. YAP - 65, 8%
2. Müsavat - 3,5%
3. KXCP - 3,2%
4. AXCP - 3,1%
5. BAXCP - 2,6%
6. BQP - 2,9%
7. "Ümid" - 2,8%
8. AMİP - 2,6%
9. ADP - 2,4%
10. VHP - 2,1%
11. Ana Vətən - 2,2%
12. Sosial Rifah - 1,6%
13. ASDP - 1,4%
14. Ədalət - 1,3%
15. Milli Vəhdət - 1,3%
16. Vəhdət - 1,2%
5. Hansı liderlərə daha çox inanırsınız?
1. İlham Əliyev - 87,4 %
2. İsa Qəmbər - 1,7%
3. Lalə Şövkət Hacıyeva - 1,4%
4. Mirmahmud Mirəlioğlu - 1,2%
5. Əli Kərimli - 1,2%
6. Sabir Rüstəmxanlı - 1,1%
7. Etibar Məmmədov - 1,1%
8. Qüdrət Həsənquliyev 1,0%
9. Fəzail Ağamalı - 1,0%
10. Fazil Qəzənfəroğlu - 0,9%
11. Yunus Oğuz - 0,8%
12. İlyas İsmayılov - 0,7%
13. Tahir Kərimli - 0,5%
6. Hökumətin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
a) bəli - 77,2 faiz;
b) xeyr - 21,2 faiz;
v) Cavab verməyə çətinlik çəkirəm - 1,6 faiz.
7. Sosial problemləriniz hansılardır?
1. Elektrik enerjisi - 26,2%
2. Bələdiyyələrlə münasibətlər - 25,6%
3. Qaz - 14,3%
4. İşsizlik - 4,2%
5. Polislə münasibətlər - 8,8%
6. Səhiyyə - 7,1%
7. Korrupsiya - 5,6%
8. Təhsil - 5,1%
9. Sahibkarlığın inkişafına yaradılan maneə - 3,1%