Tənzilə Rüstəmxanlı DAK həmsədrlərinin müşaviri təyin olundu
14 May 2015 13:44 SiyasətDünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni təyinatları imzalayıblar. Bu gün imzalanan sərəncamlara əsasən Tənzilə Rüstəmxanlı Türk Dünyası ilə əlaqələr üzrə müşavir, Gülşən Məmmədoğlu Mətbuatla iş üzrə müşavir, Real Cəfərli Mətbuat və İnformasiya Xidmətinin rəhbəri, Samir Adıgözəlli həmsədr aparatının rəhbəri, Şəhzad Cahanpənahi Güney Azərbaycan (İran) Nümayəndəliyinin başçısı və Elza Dəmirdağ (Alışova) Kuzey Kıprıs Türk Cümhuriyyəti üzrə Nümayəndəliyin başçısı təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00