Avropa Parlamentinin çağırışında
Arzu Nağıyev: “Əsas motiv kimi bir sıra insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarının təşkil etdiyi “Bakı- Avropa Oyunları” adlı tədbirdən söhbət gedir”
14 May 2015 13:15 Siyasət"Düşünürəm ki, bu çağırış birbaşa Avropa Oyunları ilə bağlı olmasa da, əsas motiv kimi bir sıra insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarının təşkil etdiyi "Bakı- Avropa Oyunları" adlı tədbirdən söhbət gedir". Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Arzu Nağıyev
"OLAYLAR"-a bildirib ki, həmin tədbirdən sonra Avropa Parlamentinin prezidenti Aleksandr Qraf Lambsdorff Avropa Oyunları başlayana qədər onların siyasi dustaq saydıqları şəxsləri azad etməyə çağırıb: "Daha doğrusu çağırışda vətəndaşların hüquq və azadlıqlarını təmin edilməsi məsələsinə toxunulub. Bunun da əsas məqsədi iyunda keçiriləcək sessiyada Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul ediləcəyi ilə bağlıdır. Bir sözlə, belə çağırışlar və bəyanatlar mütəmadi olur və tək Azərbaycana deyil, bütün dövlətlərə edilir". Arzu Nağıyev deyib ki, dünya praktikasında idman bayramları öncəsi belə amnistiya tədbirləri həyata keçirilir: "Avropalılar da düşünür ki, 28 may İstiqlaliyyət günündə Azərbaycanda da belə bir tədbir keçirilməsi istisna edilmir".