Avropa Parlamentinin qərarı sifarişlidir
13 May 2015 14:35 Siyasət"Avropa Parlamentinin Azərbaycanda keçirilən Avropa Oyunlarını boykot qərarını qətiyyətlə pisləyir, bunu qərəzli, sifarişli və ikili standartlara dayanan bir addım kimi dəyərləndirirəm". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Adil Əliyev səsləndirib. Onun sözləinə görə, Avropa parlamenti bu qədər insan haqları qayğısına qalırsa, nədən qərbdəkiləri Ermənistanda keçirilən Boloniya sisteminə dair 4-cü forumu boykot etməyə çağırmır: "Axı ən çox insan haqlarını pozan ölkələrdən biri Ermənistandır. O Ermənistan ki, həmin Avropa Parlamentinin işğal altındakı torpaqlarımızla bağlı qətnamələrini saya belə almır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00