“Elbəyi Həsənli Hafiz Hacıyevin səviyyəsinə düşüb” – Arif Hacılının qardaşı
12 May 2015 18:23 SiyasətMüsavat funksioneri Mustafa Hacıbəyli Qubad İbadoğlu və tərəfdarları tərəfindən partiya rəhbərliyinə qarşı səsləndirilən fikirlərə sərt münasibət bildirib. O, Qubad İbadoğlu tərəfdarlarının sabiq başqan İsa Qəmbərin əlehinə birmənalı qarşılanmayan ittihamlar səsləndirdiklərini deyib: "Qubadistlər İsa Qəmbərə palçıq atırlar. Lakin Məhəmməd Əmin Rəsulzadəyə palçıq yapışmadığı kimi İsa Qəmbərə də yapışmayacaq". Müsavatçı jurnalist Elibəyi Həsənlinin başqan Arif Hacılıya qarşı sərt fikirlərinə cavabında M.Hacıbəyli: "Elbəyi Həsənli Hafiz Hacıuevin səviyyəsinə enib" - deyə qeyd edib. Xatırladaq ki, Mustafa Hacıbəyli Müsavat başqanı Arif Hacılının qardaşıdır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00