Ukraynada azərbaycanlı şəhidlərin xatirə abidəsi təhqir olundu
12 May 2015 17:49 SiyasətUkraynanın Sevastopol şəhərində İkinci Dünya müharibəsində Krım uğrunda gedən döyüşlərdə şəhid olmuş azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış abidəyə hücum olub. Sapun dağının ətəyində yerləşən abidənin üzərində şəhidlərimizi təhqir edən ifadələr yazılıb. Krım Azərbaycanlıları Dərnəyinin başçısı Rəhim Hümbətov Ukrayna mətbuatına açıqlamasında, hadisənin təfərrüatının məlum olmadığını deyib: "Çox güman ki, baş verən hadisə ilə əlaqədar insanlar şəhər meriyasına şikayət ediblər. Çünki cinayəti törədənlər təhriramiz ifadələri silməyə cəhd ediblər". Rəhim Hümbətov bunun təsadüfi hadisə olduğunu da istisna etməyib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00