Şok ittiham! “İsa Qəmbər və Arif Hacılı 3 milyon manatı mənimsəyiblər”

Akif Nəzərli: “Mübarizə irəlidədir, kartlar tam açılacaq”

ADR Hərəkatının üzvü, keçmiş müsavatçı Akif Nəcəfli Müsavat Partiyasında baş verənlərə münasibət bildirib. A.Nəzərli partiyada cərəyan edən hadisələri ona müsavatçı kimi izləməyin üzücü olduğunu deyib. O, müsavatçıların "satqın", "xain" ittihamları ilə partiyadan uzaqlaşdırılmağın Sovet dönəmindəki repressiyaları xatırlatdığını bildirib: "Qarşıdan parlament seçkiləri gəlir. Müsavat Partiyası güclü olanda belə respublika ərazisindəki məntəqələri tam əhatə edə bilməyib. Necə olur ki, güclü bir təşkilatın - Suraxanının sədri Rövşən bəyi partiyadan çıxarırlar?". Akif Nəzərli proseslərin başında sabiq başqan İsa Qəmbərin dayandığını vurğulayıb: "2003-cü ildə Seçki Qərargahına daxil olan, hara xərcləndiyi məlum olmayan 3 milyon manat iştahlarını artırıb. Onlara beyət edənlər lazımdır. Müsavatçılıq partiyayla ölçülmür, mübarizə irəlidədir, kartlar tam açılacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00