Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum oldu

İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə APA-ya açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. O qeyd edib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış edəcəklər. Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00