“Müsavatın bu günə düşməsi ürək ağrıdır” – Adil Qeybulla

ADR Hərəkatının sədr müavini, keçmiş müsavatçı Müsavat Partiyasında baş verənlərə münasibət bildirib. A.Qeybulla hesab edir ki, Müsavatın qərargahı qarşısında keçirilən etiraz aksiyasının təşkilatçılarının partiyadan xaric edilməsi partiya nizamnaməsinin ciddi şəkildə pozulmasıdır: "Yəni, mən anlamıram nəyə görə bunlar bu cür mövqe sərgiləyirlər. Amma hər halda bu cür vəziyyət ürəkağrıdıcıdır. Zamanında ölkənin ən aparıcı müxalifət partiyası olmuş bir siyasi təşkilatın bu günə düşməsi əlbəttə, çox təəssüf doğurur və ürək ağrıdır. Amma bu da bir reallıqdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00