“Bundan sonra hansı axmaq sənin dalınca gedər, cənab İsa Qəmbər?”
Elbəyi Həsənli: “Müsavat Partiyasının xarabalıqlarında indi bayquşlar ulayır”
12 May 2015 14:34 SiyasətAvropada mühacir həyatı yaşayan "Yeni Müsavat"ın sabiq müxbiri Elbəyi Həsənli Müsavatın sabiq başqanı İsa Qəmbəri sərt tənqid edib. E.Həsənlini özündən çıxaran sabiq başqanın narazıları xain adlandırması olub: "İsa Qəmbər də 20-30, hətta 40 il çiyin-çiyinə getdiyi şəxsləri xəyanətdə suçlayır. Bu qədər insana, xüsusən dostlarına satqın deyən özü-özünü lider kimi bitirib. Bundan sonra hansı axmaq sənin dalınca gedər, cənab İsa Qəmbər?" E.Həsənli hesab edir ki, sabiq başqanın Arif Hacılını dəstəkləməsi yanlışdır: "Sizin kənddə necədir, bilmirəm. Bizim kənddə alçağın yanında dayanana kişi demirlər. Və sən Arif Hacılı kimi birinin yanında yer almısan. Ona görə də Müsavat Partiyasının xarabalıqlarında indi bayquşlar ulayır..."