“Müsavat kimi kübar bir təşkilat Arif Hacılı kimi bir səviyyəsizin inhisarına keçib”
Elbəyi Həsənli: “Azərbaycan xalqı son dərəcə iyrənc olan bu mənzərəni seyr etməkdədir”
12 May 2015 14:33 Siyasət"Nə qədər ki, Arif Hacılı İsa Qəmbərin dalınca gedirdi, hər şey əla idi. Elə ki, İsa Qəmbər Arif Hacılının dalınca sürünməyə başladı Azərbaycanın siyasi səhnəsində rəzalətə start verildi. Hazırda Azərbaycan xalqı son dərəcə iyrənc olan bu mənzərəni seyr etməkdədir". Bu sözləri facebook sosial şəbəkəsində "Yeni Müsavat" qəzetinin sabiq müxbiri, Avropada yaşayan mühacir Elbəyi Həsənli yazıb. Qubad İbadoğlunun aktiv tərəfdarı kimi proseslərdə iştirak edən Elbəyi Həsənli Müsavatda baş verən repressiyaları sərt şəkildə tənqid edib: "Müsavat Partiyası kimi kübar bir təşkilat Arif Hacılı kimi bir səviyyəsizin inhisarına keçib. O da özü kimiləri başına yığaraq on illərlə Müsavat Partiyasında can qoymuş şəxsləri son dərəcə şərəfsiz üsullarla təşkilatdan kənara atır. Etiraz edəndə isə deyirlər ki, Müsavat Partiyasına qarşı total təbliğat gedir. Təbii ki, yalan danışırlar".