Almaniyanın “demokratiya maskası”
“Azərbaycan nə vaxtdan Almaniyanın torpağı olub?”
12 May 2015 14:25 SiyasətMayın 11-də Almaniya parlamentində Azərbaycanda insan haqları və söz azadlığının vəziyyəti müzakirə edildi. Müzakirə Yaşıllar Partiyasının təqdim etdiyi qətnamə layihəsi ətrafında gedib. Layihədə Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən maddələr yer alıb. Bundestaqın müzakirəyə çıxardığı bu məsələ birbaşa Azərbaycanın daxili işinə qarışmaqdır və bu, Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən, hüquq müdafiəçisi Mehman Muradlı bunun yolverilməz olduğunu deyib. "Azәrbaycan nә vaxtdan Almaniyanın torpağı olub? Xәbәrimiz olmaz birdәn, Merkelin yanında biabır olarıq. Bundestaq Azәrbaycanla bağlı mәsәlә müzakirә edirmiş" - deyə M.Muradlı qeyd edib. Hər halda Bundestaqın bu addımı siyasi xarakter daşıyır və ABŞ dövlət katibi Con Kerri tərəfindən başladılmış "Anti-Azərbaycan kampaniyası"nın tərkib hissəsidir. Başqa sözlər isə, Qərb dövlətləri kimi Almaniya üçün də demokratiya müzakirə olunası sonuncu məsələ olmalıdır. Buna kifayət qədər dəlillər var.
"Xəncər əfsanəsi" dirilir
Almaniya 6 milyon yəhudinin qətlə yetirilməsiylə yadda qalan Holokostun müəllifidir. Soyqırım nəticəsində nasistlər yəhudilərin böyük əksəriyyətini konslagerlərdə yandıraraq öldürdülər. Ümumilikdə isə, Almaniyanın siyasi məqsədləri 6 ildə (1939-1945-ci illər) 100 milyondan çox insanın həyatına son qoydu. Həmin illərdə Hitler Almaniyasının ələ keçirdiyi əsirləri hansı işgəncə üsullarıyla öldürdüyü hamıya məlumdur. Dünya müharibəsində almanları dünyanın "ən ali irqi" elan edən Almaniya bu gün də, Hiterlin nasist düşüncələrindən xilas ola bilmir. Nasistlərin 1933-cü ildə Almaniyada iqtidarı ələ keçirməsindən sonra gördükləri ilk iş "Heimatfront"u ("Vətən cəbhəsi") yaratmaları oldu. Almanlar hesab edirdilər ki, "Vətən cəbhəsi" olmadan müharibəni udmaq mümkün deyil. Göbbels Almaniyanın müharibəni uduzmasına səbəb kimi "Vətən cəbhəsi"nə xəyanətin edilməsini göstərdi və "Dolchstoss legende", yəni "Xəncər əfsanəsi" ideyasını irəli sürdü. "Dolchstoss legende" hələ də Almaniyada populyardır. Alman hökumətinin nasist mövqeyini göstərən digər elementlər, Merkelin kansler postuna keçməsindən sonra ölkədə ksenofobiya və islamafobiyanın güclənməsidir. Son bir neçə ildə minlərlə insan alman nasizminin qurbanına çevrilib. Digər yandan din məsələsində mühafizəkarlığını ortaya qoyan Bundestaq ermənilərin qondarma soyqırımı qəbul etməklə, milyonlarla türk vətəndaşının hüquqlarını tapdaladı.
"Hamı alman olmalıdır"
Merkelə görə, bəşəriyyətin hamısı sarı saçlı, mavi gözü alman olmalıdır. Almaniyada hökumətlə işbirliyində olan nasist qruplaşmaların praktiki olaraq, digər millətlərin hüquqlarını məhdudlaşdırmaq cəhdləri alman şovinizminin təzahürüdür. Almaniyada azadlıqlara hörmət var" deyənlər mütləq bu məsələləri araşdırmalıdırlar. Almaniya hökuməti heç vaxt tarixinin heç bir dönəmində ölkəsində tapdalanan insan haqlarının araşdırılmasına icazə verməyib. Müsəlmanları telekanallarında terrorçu kimi təqdim edən Almaniya, bunu da demokratiyaya bağlayır. Aprel ayında Holokostu Türkiyənin adına yazmağa çalışan "Phoenix" TV-nin bu hərəkəti alman siyasətçilər tərəfindən mənbənin məsələyə "şəxsi yanaşma"sı kimi təqdim etdi. Almaniyada bu cür hallara tez-tez rast gəlinir, son nəticədə isə baş verənləri hansısa dairələrin şəxsi yanaşmalarına bağlayırlar. Çünki rejim İkinci Dünya Müharibəsində Jozef Göbbelsin yəhudilərə qarşı hücumlarını indi müsəlmanlara qarşı təkrarlayır. Müsəlmanlar üzərində psixoloji təzyiqləri artıran rejimin məqsədi Almaniyanı digər etniklərdən təmizləməkdir.
Merkel kimdir?
Almaniyanın birləşməsindən sonra iqtidar "demokratiyanın inkişafı" adı altında Birləşmiş Almanlar, Millətçi Almanlar kimi partiyaların parlamentdə təmsil olunmasına yol açaraq, nasizmi xortlatdı. 1990-cı ildən etibarən Almaniyada yenidən əcnəbilərə qarşı hücumların sayı artdı. Keçən 25 il ərzində minlərlə insan nasist qruplaşmaların ("Juglend Hiter" - "Hitler Gəncliyi" və s.) evlərinə atılmış "Molotov kokteyli"nin partlaması nəticədində yanaraq ölüb. Lakin alman hökuməti Sollingen hadisələri kimi terror aksiyalarına həmişə "şanssızlıq" adı verib. Radikal nasist partiyalarına parlamentdə yer verən hökumətin nə qədər səmimi olduğunu demək isə çətindir. 1989-cu ildə Almaniyanın birləşdirilməsinə nail olan baş nazir Helmut Köl radikal millətçi mövqeyi ilə tanınan Xristian Demokratlar İttifaqının (CDU, Christlich Demokratische Union) nümayəndəsi idi. Təbii ki, Almaniyanı birləşdirilməsi kimi tarixi bir hadisə Kolun adına yazıldı, onun bu işi təqdir edilməlidi. Lakin Kol bundan sonra Almaniyada ksenofobiyanın güclənməsi üçün nasist partiyalarını parlamentə buraxdı. Bu gün Almaniya kansleri postunu tutan Angela Merkel mühafizəkar xristian demokratlarındandır. Vəzifəsinə qədər Merkel ölkəsində əcnəbilər arasında irqçi və anti-islam mövqeyi ilə tanınan diplomat idi. O, həmçinin aqressiv nasist təşkilatı kimi tanınan Azad Alman Gəncliyi Təşkilatının da üzvü olub. Merkelin kansler olacağı təqdirdə Almaniyada İslamafobiya və ksenofobiyanın güclənəcəyi deyilirdi.
Eyni maska altında gizlənənlər
Angela Merkelin kansler postunu tutmasından dərhal sonra qəbul etdiyi "Anti-terrorizm qanunu" birbaşa müsəlmanlar üzərində tətbiq edilməyə başlanıldı. Çünki qanunun icrasına başlanılan kimi alman KİV-lərində Almaniyada yaşayan müsəlmanların əksəriyyəti "əl-Qaidə" kimi terror təşkilatlarına dəstək verməkdə ittiham olundu. Lakin hökumət Sollingen, Bayern və Lüdvikşafendə nasistlər tərəfindən müsəlmanlara qarşı reallaşdırılan terror hücumlarını qınamadı. Budur Almaniya demokratiyasının iç üzü. "İnsan haqları" məsələsi ABŞ kimi Almaniyanın da yalnız dilində və sənədləri üzərindədir. Ümumiyyətlə bütün Qərb demokratiyası eyni maskanın altındadır.
Mənsur