“Müsavat rəhbərliyi özünü qorumağa çalışır” - Sədaqət Paşayeva

ADR Hərəkatı Ali Məclisinin üzvü, keçmiş müsavatçı Sədaqət Paşayeva Müsavat Partiyasında baş verənlərə münasibətini açıqlayıb. "Müsavat Partiyasında baş verən ən son olaylar bir daha təsdiq edir ki, sonuncu qurultaydan sonra baş verənlərin müsavatçılıq ideologiyası ilə heç bir əlaqəsi yoxdur. Ona görə də Müsavat Partiyasına şəxslərə görə deyil, müsavatçılıq ideologiyasına förə gələnlər partiyada baş verən hadisələrə biganə qalmamalıdır. Partiyada baş verən bu mövqesizlik əks halda müsavatçılıq ideologiyasına xidmət etmək deyil, özünüqoruma kimi dəyərləndirilməlidir" - deyə S.Paşayeva qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00