Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
12 May 2015 12:27 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edib. Milli Məclisdə verilən məlumata görə, deputatımız müzakirələrdə fəal iştirak edəcək, ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verəcək. Səfər mayın 14-də başa çatacaq. Sevinc Fətəliyeva daha sonra Moldovaya gedəcək, mayın 20-də burada keçiriləcək AŞPA-nın Sosial işlər komitəsinin iclasında iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00