Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb
12 May 2015 12:14 SiyasətAzərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlanıb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək. Təlimlər mayın 16-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00