İstanbulda Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr edilmiş tədbir keçirilib
11 May 2015 11:45 Siyasətİstanbulda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci illiyi ilə bağlı mərasim keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Heydər Əliyevin adını daşıyan parkda təşkil edilib.Tədbirdə baş konsul Həsən Zeynalov, millət vəkilləri Eldar İbrahimov, Nizami Cəfərov, Türkiyənin Marmara Qrupu Vəqfinin başqanı Akkan Suver, Türk PA-nın baş katibi Ramil Həsənov, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr çıxış ediblər.Çıxışçılar Heydər Əliyev dühasından, onun iki ölkənin əməkdaşlıq və tərəfdaşlığı üçün etdiyi tarixi xidmətlərdən danışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00