Xalq Heydər Əliyevi yad edir (FOTO)

Fəxri xiyabana üz tutanlar liderin məzarına güllər qoyur,ruhuna dua oxuyurlar

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür.

ANS PRESS-in məlumatına görə, Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edir.

Bu gün səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları Fəxri xiyabana üz tutur, Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00