Qazaxıstan Prezidenti soydaşımızı təltif edib
8 May 2015 17:19 SiyasətQazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü, Altın Orda universal ticarət kompleksinin baş inzibatçısı Şahverdi Babayev "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, həmyerlimiz ölkədə sosial inkişafın gücləndirilməsi, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, "Qazaxıstan Xalqları Assambleyası" 1995-ci ildə Qazaxıstan Respublikasında yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədi ilə yaradılıb. Assambleyanın sədri Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayevdir.