Səxavət Əlisoy Arif Hacılını təhqir etdi
“Saxtakar Hacılıya və dirijoru olduğu siyasi ansablın bəzi üzvlərinə sanki Qaradağ Qaz Emalı Zavodunda vaxtaşırı qaz vururlar”
8 May 2015 13:11 Siyasət"Saxtakar Hacılıya və dirijoru olduğu siyasi ansanblın bəzi üzvlərinə sanki Qaradağ Qaz Emalı Zavodunda vaxtaşırı qaz vururlar". "Olaylar"ın məlumatına görə, Müsavat Partiyasının keçmiş üzvü Səxavət Əlisoy belə bir fikirlə çıxış edib. "Hərdən vurulan qazın həcmi o qədər çox olur ki, Müsavat başqanı postunu ölkə prezidenti postundan sonra ikinci sıraya qoyur və bununla da Müsavatı Azərbaycanın ən güclü partiyası hesab edir, zavallılar. Bu, tər-təmiz qazın təsirindən yaranan hallusinasiyadır. Nədən ki güclünün ətrafı qələbəlik olur, zəif isə tək-tənha qalır. İndi Müsavatın az-çox tanınan siyasi partiyalardan kimləri özünə dost, kimləri "düşmən" saydığına diqqət edin: "Düşmənlər": 1. AXCP. 2. Milli Şura, 3. AMİP. 4. ALP. 5.ADP. 6. VHP. 7. ASDP. 8. Ümid Partiyası. 9. Ədalət Partiyası. 10. ADR Hərəkatı; Dostlar - AXP (Azərbaycan Xalq Partiyası). Müxalif düşərgədə təklənən, üstəgəl, üç hissəyə bölünmüş bir partiyanı hansı ağılla "güc" adlandırmaq olar? Həqiqət zəhər də olsa belə onu qəbul etmək lazımdır, əski dostlar! Gözünüzü açın və durumunuza qiymət verin" - deyə S.Əlisoy qeyd edib.